Uzun sürən gərgin danışıqlardan sonra "Çelsi"nin argentinalı ulduzu Enso Fernandesin "Mançester Siti"yə keçidi tam razılaşma ilə yekunlaşdı.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" bu transfer üçün 125 milyon sterlinqdən (təxminən 146 milyon avro) çox ödəniş edəcəklər.
-
Futbolçunun istəyi: Enso yalnız "Mançester Siti"də oynamaq istədiyini bildirmişdi və tərəflər nəhayət ortaq məxrəcə gəldilər.
-
Son mərhələ: "Çelsi" rəhbərliyinin satışa icazəsindən sonra argentinalı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün yola düşüb.


