"Panatinaikos"un aparıcı oyunçularından Najel Heys-Devis ciddi zədə alıb.
Offsideplus.az xəbər verir ki, amerikalı forvard bu gün keçirilən məşq zamanı sol əlindən xəsarət alıb. Tibbi müayinədən sonra onun dördüncü əl sümüyündə sınıq aşkar edilib və xüsusi şina qoyulub. Yunanıstan mətbuatının məlumatına görə, Heys-Devis ən azı 6 həftə meydana çıxa bilməyəcək. Bu səbəbdən o, həm "Panatinaikos"un mövsümöncəsi hazırlığını, həm də 24 sentyabrda start götürəcək yeni EuroLeague mövsümünün ilk oyunlarını buraxacaq.


