Argentina millisinin və "Real Madrid"in aparıcı basketbolçusu Qabriel Dek dünya çempionatının seçmə mərhələsində Kanada ilə keçirilən oyunun ikinci hissəsində sol çiynindəki zədəsini yenidən ağırlaşdırıb. Qarşılaşma Argentina yığmasının 92:97 hesablı məğlubiyyəti ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, Dek bir neçə gün əvvəl də eyni nahiyədə narahatlıq hiss edirdi. O, zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olub. Təcrübəli forvard oyunda 11 dəqiqə 40 saniyə iştirak edərək 6 xal, 1 ribaund və 2 assist ilə yadda qalıb. Hazırda onun bərpa müddəti dəqiq bilinmir, yekun diaqnoz tibbi müayinələrdən sonra açıqlanacaq.


