3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, komanda 672 xalla ümumi sıralamada ikinci olub.

 "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.