NBA çempionu Trevor Ariza 2022-ci ildə 18 mövsümlük karyerasına niyə son qoyduğunu izah edib.
Offsideplus.az xəbər verir ki, "Los Anceles Leykers"in sabiq oyunçusu bunun oyundan və ya işin çətinliyindən qaynaqlanmadığını bildirib. Ariza deyib: "Söhbət oyundan və ya artıq oynaya bilmədiyimi düşünməkdən getmirdi. Sadəcə, bu gənclərlə ortaq dil tapmağı dayandırdım. Onlar tamamilə fərqlidirlər. Hər şey dəyişib. Ətrafımda olanlar məktəbi bitirdiyim vaxt ancaq dünyaya gəlmişdilər", – deyə 41 yaşlı basketbolçu zarafatla vurğulayıb.


