"Napoli"nin şotlandiyalı futbolçusu Skott Maktomineyin ürəyində ritm pozuntusu (aritmiya) olduğu ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçuda yüngül və xoşxassəli kardioloji problem təsbit edilib.

30 yaşlı yarımmüdafiəçi yaranmış problemi aradan qaldırmaq üçün yaxın günlərdə cərrahi əməliyyat olunacaq.

Onun milli komandalar üçün yaranmış fasilədən sonra meydanlara dönəcəyi gözlənilir.