Almaniyanın "Ştutqart" klubunun cinah oyunçusu Ceymi Levellinq yay transfer pəncərəsində komandadan ayrılmayacaq.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçuya İtaliyanın "Roma" klubu 35 milyon avro və əlavə bonuslar təklif edib. Lakin Levellinq bu təklifi qəbul etməyərək "Ştutqart"da qalmaq qərarına gəlib.
Bundan başqa, İngiltərənin "Everton" klubu da Levellinqin transferində maraqlı olub və alman futbolçu üçün 43 milyon avro ödəməyə hazır idi.
Bu məbləğ "Ştutqart" tarixində ikinci ən bahalı satış ola bilərdi. Lakin Levellinq "Everton"un təklifini də rədd edib.


