Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının sentyabr ayı üzrə yeni reytinq siyahısını dərc edib.

Offsideplus.az xəbər verir ki, cədvəlin zirvəsindəki ad dəyişməyib. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov 480 xalla liderliyini sürdürür.

Növbəti iki pillədə də sərbəst güləşçilər yer alıblar. Giorgi Meşvildişvili 460 xalla ikinci sıradadırsa, 420 xalı olan Arseniy Djioyev ilk "üçlüy"ü tamamlayır.

Reytinqin ilk onluğundakı digər idmançıların sıralaması isə belədir:

  • Səidcəmşid Cəfərov (boks) – 400 xal

  • Murad Əhmədiyev (yunan-Roma güləşi) – 330 xal

  • Qaşim Maqomedov (taekvondo) – 305 xal

  • Ülvü Qənizadə (yunan-Roma güləşi) – 300 xal

  • Nürəddin Novruzov (sərbəst güləş) – 270 xal

  • Hidayət Heydərov (cüdo) – 270 xal

  • İslam Bazarqanov (sərbəst güləş) – 265 xal