Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.
Offsideplus.az xəbər verir ki, arena ali futbol qurumu tərəfindən yenidən "Quality Pro" sertifikatına layiq görülüb.
FIFA-nın təqdim etdiyi bu keyfiyyət nişanı Ağsu şəhər stadionunda beynəlxalq səviyyəli rəsmi qarşılaşmaların keçirilməsinə tam imkan yaradır.


