Türkiyə milli basketbol komandası 2027-ci il dünya çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi kollektiv Avropa zonasında bu uğura ilk imza atan komanda olub.

Türkiyə seçməsi seçmə mərhələdə keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb. Son oyun pəncərəsində Türkiyə əvvəlcə Litvanı 94:66 hesabı ilə məğlub edib, ardınca isə İslandiya üzərində 110:73 hesablı inamlı qələbə əldə edib. Bu nəticələrlə Türkiyə Avropa zonasında məğlubiyyətsiz yeganə komanda olaraq qalır.