Madridin "Atletiko" klubu Nikolas Talyafikonun transferi üçün "Yuventus" ilə rəqabət aparır.

Offsideplus.az xəbər verir ki, jurnalist Ruben Uriyanın məlumatına görə, "Atletiko" Argentina millisinin və "Lion"un müdafiəçisi ilə bağlı aktiv danışıqlara start verib. Daha əvvəl Talyafiko "Yuventus"a keçidə razılıq versə də, indi "Atletiko"ya transfer olunmaq istədiyini bildirib.

Bu barədə xəbəri insayder Fabrizio Romano yayıb.

Talyafikonun "Lion" ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.