İtaliyanın "Yuventus" klubu İngiltərənin "Nyukasl Yunayted" komandasından Nik Voltemadeni heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün 3.5 milyon avro icarə haqqı ödəyəcək.
Tərəflər bir mövsümlük razılaşmaya imza atıblar və alman futbolçu mövsümün sonuna qədər A Seriyasında çıxış edəcək.


