İspaniyalı yarımmüdafiəçi Çema Andres "Ştutqart"dan "Brayton"a transfer olunub.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunun transferini və onunla beşillik müqavilə imzalandığını açıqlayıb. "Marca"nın məlumatına görə, alman klubu bu keçiddən 23 milyon avro qazanıb, lakin məbləğin yarısı – 11,5 milyon avro "Real Madrid"ə ödəniləcək. Artıq "Brayton" gələcəkdə ispaniyalı futbolçunu başqa kluba satsaq, müəyyən hissəni "Ştutqart"a verməli olacaq.

Çema Andres 2025-ci ildə 3 milyon avroya transfer olunmuşdu və Bundesliqada cəmi bir mövsüm keçirib. O, 25 oyunda 3 qol vurub.