"Liverpul" gələcəyə yatırım edərək heyətini perspektivli qapıçı ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi Belçikanın "Genk" klubundan 18 yaşlı qapıçı Luka Bruqmansı transfer edib.
-
Transfer detalları: "Qırmızıların" bu keçid üçün "Genk"ə 33 milyon avro ödəyəcəyi bildirilir.
-
İcarə planı: Razılaşmaya əsasən, gənc qapıçı təcrübə qazanması üçün cari mövsümü icarə əsasında yenidən "Genk"də keçirməyə davam edəcək.


