"Çikaqo Bulls"un yeni transferi Coş Giddi komandanın qarşıdakı mövsümdə pley-offa yüksəlmək imkanlarını şərh edib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı oyunçu komandanın heyətindən razı qaldığını bildirib: "Şərq Konfransında hazırda çox güclü rəqabət var. Amma bizim yaxşı heyətimiz var: təcrübəli oyunçular, gənclər, pley-off təcrübəsi olanlar və ora can atanlar. Komandadakı ab-havadan razıyam. Fikrimcə, bu liqada rəqabət aparmaq və pley-offa düşmək üçün kifayət qədər resursumuz var. Pley-offa çıxmaq hamımızın əsas məqsədidir. "Çikaqo" azarkeşləri artıq yenidənqurma söhbətlərindən yorulub, qələbə görmək istəyirlər. Bizim vəzifəmiz hər axşam meydana çıxıb onlara bu nəticəni göstərməkdir".


