"Qalatasaray" "Göztepe"nin gənc futbolçusu Arda Okan Kurtulanı heyətinə qatmaq üçün İzmir təmsilçisi ilə danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" bu transfer qarşılığında rəqibinə 3 futbolçu təklif edib. İstanbul klubu Kazımcan Karataş və Günay Güvənçi birdəfəlik, Renato Nfaqanı isə icarə əsasında "Göztepe"yə verməyə hazırdır.
İzmir klubu bu oyunçulara əlavə olaraq müəyyən məbləğdə pul da tələb edib.
Tərəflər arasında danışıqlar davam edir.
"Fənərbağça" yetirməsi olan Arda ötən ilin yayından "Göztepe"nin formasını geyinir. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən gənc futbolçu İzmir klubunda 35 oyunda 4 qol vurub və 3 məhsuldar ötürməyə imza atıb.


