Stiven Karri "Qolden Steyt Uorriors"la iki illik, 136,7 milyon dollar dəyərində müqavilə uzatması imzalaya və ya qərarını gələn ilə saxlaya bilər. Klub rəhbərliyi ona bütün mümkün variantları təqdim edib və hazırda qərarı oyunçunun öz öhdəsinə buraxıb.

Offsideplus.az xəbər verir ki, ESPN-in jurnalistləri bildiriblər ki, hazırda "Qolden Steyt Uorriors" Karri ilə heç bir müqavilə danışıqları aparmır. Klub rəhbərliyi ona birillik maksimum, ikiillik müqavilə və ya gözləmə seçimini təklif edib. Bu, danışıqlardan daha çox, oyunçunun qərarına hörmətlə yanaşmaq kimi qiymətləndirilir.