UEFA Gənclər Liqasında 2026/27 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, "Qarabağ"ın U-19 komandasının turnirdəki ilk rəqibi müəyyənləşib.
Təmsilçimiz mübarizəyə ikinci mərhələdən start verəcək. Ağdam klubunun bu raunddakı rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq.
Mərhələnin ilk qarşılaşması oktyabrın 28-də Bakıda, cavab görüşü isə noyabrın 4-də səfərdə keçiriləcək.
"Qarabağ" bu cütün qalibi olacağı təqdirdə, 3-cü mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.


