NBA-nın sabiq mərkəz oyunçusu Duayt Hovard liqada basketbola olan sevginin əvvəlki kimi olmadığını bildirib. O, müasir NBA-nın artıq sırf idman deyil, böyük biznes və şouya çevrildiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı Hovard bu barədə belə danışıb: "Əvvəllər biz səhərdən axşama qədər oynayırdıq, çünki həqiqətən bu oyunu sevirdik. İndi isə işə siyasət, biznes və əyləncə də qarışıb. Bu amillər insanı oyuna olan həqiqi sevgidən uzaqlaşdırır. İndi daim düşünürsən ki, azarkeşləri necə razı salasan. Komandanı razı salmalıyam, çünki nəsə səhv etsəm, yeni müqavilə ala bilmərəm. Artıq uşaqlıqda yaşadığımız o saf sevgi və ehtiras indi yoxdur."