Çempionlar Liqasının liqa mərhələsinə yüksələn “Sabah” Bakı Olimpiya Stadionunda oynaya bilər.
Offsideplus.az bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxlayıb:
“Hələ stadion məsələsi ilə bağlı hər hansı yenilik yoxdur. Hazırda sifariş verdiyimiz stadion məhz Tofiq Bəhramovdur. Amma başqa variant ehtimalı da yox deyil. Bu istiqamətdə hər hansı yenilik olsa ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Belə anlaşılır ki, BOS da mümkün variantlardandır, danışıq və müzakirələr gedir.


