AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının III turunda baş verən mübahisəli epizodlara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, qurumun mətbuat xidmətinə danışan komitə sədri turun 5 qarşılaşmasında müzakirələrə səbəb olan anları təhlil edib.
Rəhim Həsənov bildirib ki, referilər bütün mübahisəli vəziyyətlərdə tamamilə düzgün və əsaslandırılmış qərarlar qəbul ediblər:


