"Nyu Orlean Pelikans" gənc forvardı Trey Mörfini heyətində saxlamaqda maraqlı olsa da, potensial transfer üçün fantastik təzminat müəyyənləşdirib. 

Offsideplus.az xəbər verir ki, onlar 26 yaşlı basketbolçu qarşılığında rəqiblərdən dörd birinci raund draft seçimi tələb edir.

"Pelikans" rəhbərliyi bu tələbində "Orlando Meyik"in Desmond Beyn transferi üçün ödədiyni məbləği nümunə kimi göstərir.

Lakin liqa təmsilçiləri bu qiymətlə razılaşmır. Qərb Konfransı klublarından birinin rəhbəri Mörfinin real bazar dəyərinin iki birinci raund draft seçimi və rotasiyaya uyğun gənc oyunçudan ibarət olduğunu bildirib. O qeyd edib ki, "Nyu Orlean Pelikans" Mikal Brices (beş draft seçimi) və Desmond Beyn sövdələşmələrini əsas gətirsə də, hazırda NBA klubları belə yüksək qiymətlərə razılaşmaq niyyətində deyillər.

Qeyd edək ki, Trey Mörfi ötən mövsüm meydanda orta hesabla 21,5 xal, 5,7 ribaund, 3,8 assist və 1,5 topəələkeçirmə ilə yadda qalıb. Gənc oyunçu üçxallıq atışlarda isə 37,9 faiz dəqiqlik nümayiş etdirib.