"İnter"in idman direktoru Piero Auzilio bir neçə klubun maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, daha əvvəl onun Milan təmsilçisindəki vəzifəsindən ayrılacağı barədə məlumat yayılmışdı.

Jurnalist Alfredo Pedullanı məlumatına görə, Auzilio bu qərarı özü verib və bu, müqaviləsinin başa çatmasından asılı olmayaraq qəbul olunub.

Onun bir neçə təklifi var, o cümlədən "Tottenhem"dən. 

Funksionerin gələcəyi ilə bağlı qərar yaxın günlərdə veriləcək.