Yüngül çəki döyüşçüsü Den Huker UFC-də debüt edəcək Saladin Parnasla qarşılaşmadan karyerasının ən böyük qonorarını alacağını bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu məbləğin onu hətta Frensis Nqanuyla döyüşməyə razı sala biləcəyini deyib.
Huker açıqlamasında belə deyib:
"Əgər mənə debütantlarla döyüş üçün bu qədər pul verirlərsə, ömrümün sonuna qədər onlarla döyüşməyə hazıram. Bu pulla hətta Frensis Nqanunun qarşısına da çıxardım. Bu, şübhəsiz, karyeramın ən böyük qonorarı olacaq".
Huker və Parnas arasında döyüş 5 sentyabrda Parisdə keçiriləcək UFC turnirinin əsas qarşılaşması olacaq.


