"Sakramento Kinqs" rəhbərliyi layihəsində ciddi dəyişikliklərə hazırlaşır. Komandada uzun müddət istiqamətsizlik yaşandıqdan sonra DeMar DeRozanın ayrılması və 2026-cı il dreftində Darius Acuffun gəlişi ilə diqqət indi Domantas Sabonisə yönəlib.
Offsideplus.az xəbər verir ki, ESPN-in məlumatına görə, "Sakramento Kinqs" litvalı mərkəz oyunçusu Sabonis ilə müqaviləni uzatmağı planlaşdırmır. Sabonis qarşıdakı iki mövsümdə hər il 40 milyon dollardan çox qazanacaq və onun müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Məlumata əsasən, Sabonis transfer üçün əsas namizədlərdən biridir.
Sabonis 2021/22 mövsümünün ortasında Tyrese Haliburtonun "İndiana Peysers"ə göndərildiyi transfer çərçivəsində "Sakramento Kinqs"ə qoşulub və artıq dörd mövsümdən çoxdur bu klubun formasını geyinir. O, ötən mövsüm orta hesabla 15,8 xal toplayıb ki, bu da 2018/19 mövsümündən (14,1 xal) bəri ən aşağı göstəricisidir.
30 yaşlı Sabonis "Kinqs"in gələcək planlarında əsas fiqur kimi görünmür. Klubun diqqəti gənc istedadlara, xüsusilə də son dreftdə yeddinci seçim olan Darius Acuffa yönəlib.


