Tanınmış basketbol jurnalisti Zak Lou Kley Tompsonun "Mayami Hit"dəki rolunun lazımınca qiymətləndirilmədiyini bildirib. O qeyd edib ki, Tompsonun komandaya dəyəri yalnız üçxallıq atışlarla məhdudlaşmır.
Offsideplus.az xəbər verir ki, Zak Lou öz podkastında belə deyib: "Düşünürəm, Kleyin əsas üstünlüyü ondan ibarətdir ki, o, sadəcə küncdə dayanıb ötürmə gözləməyəcək. O, meydançada topu olan və olmayan oyunçular üçün sədd qurmaq baxımından "Mayami"nin ən vacib oyunçularından birinə çevriləcək. Bem Adebayo və Yannis, xüsusilə də Yannis, sədd qurub atış edə bilən oyunçularla pik-en-roll epizodlarında çox effektivdirlər. Kley bu tip işləri karyerası boyu görüb. Fikrimcə, o, meydançada daim hərəkətdə olacaq və rəqib müdafiəsini çaşdıracaq. Mənə elə gəlir, o, "Mayami"yə düşündüyümüzdən də yaxşı uyğun gəlir".


