“11 kq çəki atmağa görə UFC-yə çıxmaqdan imtina etdim”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev deyib.
27 yaşlı idmançı bildirib ki, sözügedən qərarda zaman faktoru da rol oynayıb:
“İsveçdə təlim-məşq toplanışında olarkən menecerimə təklif gəldi. Məsələni məşqçilərimə danışdım və məsləhətləşdik. Döyüşə cəmi altı gün qalmış təklif gəlmişdi. Bu müddətdə 11 kq çəki salmalı idim. Bu səbəbdən döyüşdən imtina etmək qərarına gəldik”.
Quliyev yeni təklif gözlədiyini qeyd edib:
“Hazırda ehtiyat siyahısındayam. Bacardığım qədər çəkimi qorumağa çalışacağam. Ola bilsin, oktyabrda daha bir döyüşüm olsun. Qısası, daha bir döyüş keçirib UFC-dən təklif gözləyəcəyəm”.


