"Fənərbağça"nın ulduzu komandadan getdi. .
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu Anderson Taliska karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə qərar verib. Təcrübəli oyunçu "Əl-Cəzirə" klubu ilə bütün şərtlərdə razılığa gəlib və transfer artıq yekunlaşıb.
-
Səfər planı: Braziliyalı hücumameyilli yarımmüdafiəçi sabah tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
-
Komanda ilə vida: Taliska transferin yekunlaşmasından dərhal sonra axşam məşqində komanda yoldaşları və klub kollektivi ilə biraraya gələrək vidalaşıb.



