Argentina Futbol Assosiasiyası Lionel Messinin milli komandadan ayrılması münasibətilə xüsusi aksiya elan edib.

Offsideplus.az xəbər verir ki, növbəti turda ölkədəki bütün kişi və qadın futbol çempionatlarının oyunları 10-cu dəqiqədə dayandırılacaq. Bu zaman meydandakı iştirakçılar əfsanəvi futbolçuya alqışlarla ehtiram göstərəcək. Azarkeşlərin də təşəbbüsə qoşulacağı gözlənilir. Eyni zamanda stadion ekranlarında assosiasiya tərəfindən hazırlanmış xüsusi video nümayiş olunacaq.