Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) yeni hesabatında Avropanın aparıcı klublarında gənc futbolçulara verilən oyun vaxtı müqayisə edilib.

Offsideplus.az xəbər verir ki, 2024-cü ildə "Barselona"nın heyətində 21 yaşdan aşağı futbolçular ümumi oyun vaxtının 20,3 faizini alıb. Bu göstərici Avropanın beş ən güclü liqasında yüksək nəticələrdən biri hesab olunur.

Siyahıda "PSJ" 23 faizlə, "Leyptsiq" 20,6 faizlə, "Tuluza" və "Trua" isə hər biri 20,4 faizlə ön sıralarda qərarlaşıb. Gənc oyunçulara ən çox şans verən klub isə "Nordselland" olub – burada bu rəqəm 48,1 faiz təşkil edib.