Fransalı müdafiəçi Jan-Kler Todibo mövsümün sonuna qədər "Lans" klubuna icarəyə verilib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu "Vest Hem"dən transfer olunub və müqavilədə satınalma imkanı nəzərdə tutulmayıb. Məlumata görə, "Barselona"nın sabiq oyunçusu Çempionlar Liqasında oynamaq üçün maaşında endirimə razılaşıb.


