Avropanın aparıcı liqalarında transfer pəncərəsi bağlandıqdan sonra bir sıra tanınmış futbolçular hələ də azad agent statusunda qalır.

Offsideplus.az xəbər verir ki, BBC-nin hazırladığı siyahıda "Mançester Yunayted"in sabiq oyunçusu Ceydon Sanço, "Real Madrid"in keçmiş müdafiəçiləri Dani Karvaxal və David Alaba, eləcə də Sercio Ramos kimi ulduzlar yer alıb.

Siyahıya həmçinin Kərim Benzema, Pol Poqba, Riyad Mahrez, Rahim Sterlinq, Filippe Koutinyo, Ceymi Vardi, Aleksandr Zinçenko, Xames Rodriges, Antoni Marsyal və Dele Alli də daxildir.

Qeyd edək ki, bəzi digər çempionatlarda transferlər hələ də mümkündür.