Argentina millisinin və "İnter"in hücumçusu Lautaro Martines Lionel Messinin yığmadan ayrılması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Lautaro Messinin qərarına münasibət bildirərkən bunları deyib: "Çox kədərlənirəm, çünki dediyim kimi, o, bizə çox şey verdi. Hamımız buna görə təəssüflənirik. Bu, gözlənilən xəbər idi, amma reallığa çevriləndə... O, mənə nə veribsə, onu qoruyub gələcək nəsillərə ötürməyə çalışacağam".


