NBA-nın apardığı araşdırmanın nəticəsində "LA Klippers" beş birinci raund dreft seçimini itirib.
Offsideplus.az xəbər verir ki, insayderlərin məlumatına görə, komanda 2029-cu ilə aid qorunmayan birinci raund seçimini itirib.
Həmin seçim "Klippers"ə "İndiana Peysers"lə İvitsa Zubaçın transferi zamanı keçmişdi.
Digər itirilmiş dreft haqları isə 2030-2033-cü illərə aiddir və birbaşa "Klippers"ə məxsusdur.


