Senegallı mərkəz oyunçusu Khalifa Diop "Klivlend"in heyətində yer alıb. 2022-ci il NBA dreftində seçilən Diop İspaniyanın "Baskoniya" klubundan ABŞ-a yollanıb.

Offsideplus.az xəbər verir ki, Diop "Klivlend"lə 9,26 milyon dollar dəyərində dördillik müqavilə imzalayıb. Müqavilənin ilk ili tam təminatlıdır. O, 2026/27 mövsümündə 1,36 milyon dollar qazanacaq. Ötən mövsüm EuroLeague-də 28 oyunda çıxış edən Diop orta hesabla 4,0 xal, 4,2 ribaund və 0,6 blokşutla yadda qalıb.