"Komo" komandasın baş məşqçisi Sesk Fabreqas İtaliya Futbolçular Assosiasiyasının (AIC) səsverməsimdə, A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, Mükafatlandırma mərasimi Milanın "La Skala" teatrında təşkil olunub. Mövsümün ən yaxşı futbolçusu "İnter"in müdafiəçisi Federiko Dimarko, ən yaxşı klubu isə "İnter" seçilib. "Komo"nun yarımmüdafiəçisi Niko Pas ən yaxşı gənc oyunçu, "Yuventus"un üzvü Fransiskl Konseysau ən gözəl qolun müəllifi adını qazanıb.
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ildən "Komo"ya rəhbərlik edir. Ötən mövsüm 71 xal toplayan komanda İtaliya A Seriyasında 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.


