Qarşısına Premyer Liqa hədəfi qoyan "Şahdağ Qusar" heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında paylaşım edib.
Şimal təmsilçisi "Sabah"ın əvəzedici komandasından Həmzəalı Mikayılovu heyətinə qatıb.
U-21 millimizin üzvü icarə əsasında "Şahdağ Qusar" forması geyinəcək.


