Qabon millisinin və “Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçu bu qərarını Afrika Millətlər Kubokundan sonra hökumət tərəfindən tənqid olunması ilə əlaqələndirib. O, zədəsinə baxmayaraq turnirdə oynadığını və buna rəğmən təhqir və ittihamlarla üzləşdiyini bildirib. 

Xatırladaq ki, Qabon 2025-ci il Afrika Millətlər Kubokunda qrup mərhələsində mübarizəni dayandırıb. Bundan sonra ölkə hökuməti Obameyanqı uğursuzluğa görə məsul şəxslərdən biri kimi göstərmişdi.