UFC-nin ağır çəki üzrə müvəqqəti çempionu Tom Aspinallın meneceri Eddi Hirn idmançının bərpa prosesi barədə ətraflı danışıb. O bildirib ki, Aspinall döyüşdən sonra gözündə ciddi zədə alıb və bu səbəbdən dörd əməliyyat keçirib.
Offsideplus.az xəbər verir ki, Hirn Aspinallın vəziyyətinin ciddiliyini ictimaiyyətin indi anladığını deyib: "Mən insanların onun zədəsinin nə qədər ağır olduğunu görməsinə şadam. Döyüşdən sonra Aspinall çoxlu mənfi reaksiya aldı, buna inana bilmirdim. Ona dörd əməliyyat edilib və problem hələ də qalır".
Qeyd edək ki, Tom Aspinall 2025-ci ilin oktyabrında Siril Qana qarşı döyüşdə göz nahiyəsindən zədə alıb və qarşılaşma nəticəsiz başa çatıb. Dana Uayt isə bildirib ki, Aspinall UFC-dən ayrılmır və təşkilatla münasibətləri qaydasındadır.


