Bu yay "Miluoki Baks"ın Geri Trentlə 64 milyon dollar dəyərində müqavilə imzalaması liqada suallar və şübhələr yaradıb.
Offsideplus.az xəbər verir ki, müqavilənin şərtləri NBA rəhbərliyinin diqqətini çəkib və liqa bu transferin əməkhaqqı limitinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.
"Miluoki Journal Sentinel"in jurnalisti Cim Ovçarski NBA-nın hələ də "Baks"ın kollektiv müqavilə qaydalarını pozub-pozmadığını araşdırdığını təsdiqləyib. Məşhur insayder Brayan Vindhorst isə liqa rəhbəri Adam Silverin əvvəllər qayda pozuntularına qarşı yumşaq mövqe sərgilədiyini, lakin son qərarlarla bu təsəvvürün dəyişdiyini bildirib.


