Misli Premyer Liqasının IV turunda keçiriləcək “Kəpəz” – “Şamaxı” matçı ilə bağlı Gəncə şəhərində ictimai nəqliyyat sentyabrın 4-də axşam və gecə saatlarında gücləndirilmiş rejimdə işləyəcək.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlərin qarşıdakı oyuna böyük marağını nəzərə alan klub rəhbərliyi bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.

Nəticədə minlərlə azarkeşin Gəncə Şəhər Stadionuna rahat gəliş-gedişinin təşkili üçün 3 marşrut xətti üzrə avtobusların sayının artırılması və iş saatının uzadılması barədə qərar verilib:

 - 6 nömrəli marşrut

- 7 nömrəli marşrut

- 12 nömrəli marşrut

Bu marşrut xətləri üzrə sərnişindaşımalar saat 23:30-a qədər davam edəcək.

Qeyd edək ki, “Kəpəz” və “Şamaxı” arasındakı görüş saat 20:15-də start götürəcək.