Ötən mövsüm 2-ci liqada çempion olan “Xankəndi” artıq 1-ci liqada mübarizə aparır. Komandanın ev oyunlarını keçirəcəyi stadion Xankəndi şəhər stadionu olaraq qeyd edilsə də, hələ də Şamaxı Olimpiya İdman Kompleksində oynayırlar. 

Bəs Qarabağ təmsilçisi adını daşıdığı şəhərə nə vaxt dönür? Klubun meneceri Rəşad Babayev bu barədə Offsideplus.az-a açıqlama verib:

“Xankəndi” klubu Xankəndidə oynamaq üçün Gənclər və İdman Nazirliyi ilə müqavilə bağlayıb, bu məsələ bitib. Yenidənqurma işləri davam etdiyi üçün oktyabrın sonuna qədər bizdən vaxt istəyiblər ki, işlər bitsin. Bundan sonra böyük ehtimalla, Xankəndiyə oynayacağıq”.

Klubun bazası Xankəndiyə köçəcək? sualına R.Babayev belə cavab verib:

“Bu üzrə də danışıqlar gedir. Bunun həlli dəqiqləşməyib, amma nə vaxtsa baş verəcək. Hazırda yanlız ev oyunlarımızı Xankəndidə keçirəcəyik. Şamaxı OİK ehtiyat stadionumuzdur. Ev oyunlarını Xankəndidə keçirənə qədər rəqiblər Şamaxıda qəbul olunacaq”.