İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mükafata 8 oyunçu iddia edir. Hər biri iki qarşılaşmada iştirak edib.
Rikkardo Kalafiori "Arsenal" – 2 qələbə, 2 assist
Rayan Şerki "Mançester Siti" – 2 qələbə, 2 qol, 2 assist
Brunu Fernandes "Mançester Yunayted" – 1 qələbə, 1 məğlubiyyət, 3 qol, 1 assist
Koul Palmer "Çelsi" – 2 qələbə, 2 qol, 1 assist
Juao Pedro "Çelsi" – 2 qələbə, 2 qol, 2 assist
Mamadou Sanqare "Brentford" – 1 qələbə, 1 heç-heçə, 1 assist
Konstantinos Çolakis "Hall" – 2 qələbə, 2 qapısı toxunulmaz oyun
Yoan Vissa "Nyukasl" – 1 qələbə, 1 heç-heçə, 1 qol, 1 assist
Qalib azarkeşlərin, Premyer Liqa klublarının kapitanlarının və ekspertlərin səsverməsi ilə müəyyənləşəcək. Nəticələr 11 sentyabrda açıqlanacaq.


