"Qarabağ”ın “Tvente”yə məğlubiyyətindən sonra Qurban Qurbanov qeyri-futbol adamları tərəfindən haqsız tənqidə məruz qaldı.
“Qarabağ”a azarkeşliyini, Qurban Qurbanova simpatiyasını heç vaxt gizlətməyən Milli Məclisin deputatı Aqil Abbas bu barədə Offsideplus.az-a açıqlama verib:
“Bu futboldur. Udmaq da var, uduzmaq da. Braziliya 2014-cü ildə Almaniyaya 7:1 uduzmuşdu. “Qarabağ”da komanda indi-indi formalaşır. Nəzərə alaq ki, 10 nəfərlə qalmışdılar. Komanda uduzanda arxa çevirmək mədəniyyətsizlikdir. Əsl dəstək indi olmalıdır. Qurban Qurbanov ölkə futbolunda inqilab edib e”.
O, "Qarabağ”ın ölkə futbolunun inkişafına təsiri barədə bunları deyib:
“Qarabağ" Sabah”ın inkişafına şərait yaradıb. Fikir verin, komandalar güclənir - “Zirə” də, “Neftçi” də, “Turan Tovuz” da. Daha maraqlı futbol, çempionat olacaq. Keçən həftə “Kəpəz”in oyununda Gəncəyə 14 min adam gəlmişdi. Futbol belə sevilir”


