Qadınlardan ibarət əsas milli komandamızın altı üzvü ABŞ-ın müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yeni mövsümdən etibarən onlar təhsillərini və basketbol karyeralarını ABŞ-da davam etdirəcəklər.
Bu keçidlər basketbolçularımıza yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək.
Səlminaz Ramazanlı — Luiziana Xristian Universiteti
Ela Nur Gökçöl — Georgian Court Universiteti
Aylin Əkbərzadə — John Bapst Memorial Liseyi
Polina Şukina — Mərkəzi Florida Akademiyası
Aylin Niftəliyeva — Springfield Commonwealth Akademiyası
Deniz Gökçöl — Central Pointe Xristian Akademiyası


