Amerikalı forvard Şeyvon Şilds yay transfer pəncərəsində "Fənərbaxça"ya keçidinin əsas səbəbini açıqlayıb. O bildirib ki, İstanbul təmsilçisinin uğurları və qalibiyyət ruhu onu bu qərarı verməyə sövq edib.
Offsideplus.az xəbər verir ki, Şilds klubun rəsmi kanalına açıqlamasında baş məşqçi Şarunas Yasikeviçyus və baş menecerlə apardığı danışıqlardan sonra "Fənərbaxça"ya keçməyin asan qərar olduğunu deyib. "Əsas motivasiyam qalib gəlmək və 'Fənərbaxça'nın qalibiyyət mədəniyyətinin bir hissəsi olmaq idi", – deyə Şilds vurğulayıb. O əlavə edib ki, baş məşqçi Yasikeviçyus onu komandaya dəvət edib və öz oyun üslubunu davam etdirməsini istəyib.


