"Arsenal"da yeddi il keçirən Qabriel Martinelli karyerasına Səudiyyə Ərəbistanında davam edəcək və "Əl-Hilal" klubuna qoşulacaq.
Offsideplus.az xəbər verir ki, bu transferin ümumi paket dəyəri 65 milyon avro təşkil edir.
25 yaşlı braziliyalı futbolçu bu transfer nəticəsində "Arsenal" tarixində klubun ən bahalı futbolçu satışı kimi tarixə düşüb.


