Xamzat Çimayev qarşıdakı döyüşdə Tyron Vudlini asanlıqla üstələyəcəyini bildirib. O, rəqibini qəfəsdə çətin anların gözlədiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Çimayev bu barədə belə deyib: "Niyə Vudlini səmimi qarşıladım? Mən çeçenəm, bizdə rəqibləri belə qarşılayırlar. Amma döşək üzərində hər şey fərqli olacaq. O, tər içində qaçacaq. Hara qaçacaq? Amerikaya". Çimayev və Vudli RAF Moscow turnirində, 5 sentyabr tarixində qarşılaşacaq.