Gənclər arasında keçirilən Avropa çempionatının ilk yarış günü Azərbaycan idmançıları üçün uğurla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Milli komandamız qazandığı yüksək nəticələrlə 44 ölkə arasında zirvəyə yüksəlib.
Ayxan Mirzəzadə (-60 kq): Mətin mübarizə nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və ölkəmizə ilk qızıl medalı qazandırıb. O, həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmməd Musayev (-66 kq): Gərgin keçən qarşılaşmaların öhdəsindən uğurla gələrək çempionatın ikinci qızıl medalını Azərbaycan kollektivinin aktivinə yazdırıb. O, həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb


