Braziliyalı hücumçu Taliska "Fənərbağça"dan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Taliska 2024/25 mövsümünün ortasında "Fenerbahçe"yə qoşulmuşdu. O, Türkiyə klubuna Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasından transfer olunmuşdu.
Taliska "Əl-Nəsr"də Kriştiano Ronaldu gəlməzdən əvvəl ardıcıl iki mövsüm ən yaxşı bombardir olmuşdu.
O, Türkiyə Superliqasında ümumilikdə 47 oyunda 29 qol vurub və 2025/26 mövsümündə "Fənərbağça"nın ən məhsuldar oyunçusu olub.


